CƏMİYYƏT


Qusar sakininin evində marixuana aşkarlandı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mucuq kənd sakini Nadir Şixmetovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şahidlərin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman təmiz çəkisi 570 qram qurudulmuş marixuana, eləcə də qurudulmaq üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.