Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqan: düşmənin atəşi nəticəsində əhaliyə dəymiş ziyan aradan qaldırılır

21.04.2021 [15:53]

Xəbərin mətni

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə genişmiqyaslı ziyan dəyib. Düşmənin atəşə tutduğu 11 şəhər və rayonda, o cümlədən Beyləqanda dəymiş ziyanın aradan qaldırılması istiqamətində tikinti, təmir-bərpa işləri həyata keçirilir.