MƏDƏNİYYƏT


Qubadakı Qırmızı Qəsəbədə yeni turizm məlumat nişanları quraşdırılıb

Aprelin 21-də Dövlət Turizm Agentliyinin və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı Qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq təqdim olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyinin turizm marşrutlarında yolların nişana alınması və işarələnməsi strategiyasına uyğun olaraq qəsəbənin müxtəlif yerlərində 18 ədəd yeni nişanlar quraşdırılıb.