Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada karantin rejimini pozaraq yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib

24.04.2021 [12:05]

Xəbərin mətni

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarına zidd olaraq yas mərasimi təşkil edildiyini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları mərasimi dayandırıblar. Ölkədə elan olunan karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər cərimələnib.