Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib
26.04.2021 [14:23]
Xəbərin mətni
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyat vasitəsi olan avtobuslarda cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş şəxslər Sumqayıt şəhər sakini Nəsimi Babayev və paytaxt sakini Mirfədai Mircəfərli saxlanılıblar.