CƏMİYYƏT


Nəsimi rayonunda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkarlanıb, orada olan 56 nəfər cərimə olunub

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirdikləri nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkarlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən profilaktik tədbir zamanı rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul etdiyi müəyyənləşdirilib.