Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun yeni doğulan körpəsinə öz adı verilib

27.04.2021 [16:44]

Xəbərin mətni

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan xaçmazlı Fəxrəddin Feyzulla oğlu Fərəcovun oğlu dünyaya gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel 20-də Quba Perinatal Mərkəzində dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Xəyalə Fərəcova və körpəsinin vəziyyəti normaldır.