CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq aprelin 27-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov iştirak edib.