CƏMİYYƏT


Kürdəmirdə soyğunçuluq edən şəxs saxlanılıb

Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sığırlı kənd sakini Səlahəddin Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək sahibi olduğu mağazadan 550 manat dəyərində kontur və 600 manat oğurladığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçay Qaçayev polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində Səlahəddin Qurbanova məxsus mağazaya girib, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib. İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb və araşdırma davam etdirilir.