Zərdabda oğurluq edən şəxslər saxlanılıb
29.04.2021 [13:07]
Xəbərin mətni
Zərdab rayonunda xırdabuynuzlu heyvanları oğurlayan 2 nəfər saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gödəkqobu kənd sakinindən rayon polis şöbəsinə daxil olan ərizədə ona məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin kəndin sakini Nurlan Əzizov və Qazax rayon sakini Amil Yolçuyev saxlanılıblar.