Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə Udinlər Pasxa bayramını qeyd ediblər

02.05.2021 [15:09]

Xəbərin mətni

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər.Nic qəsəbəsindəki Cotari kilsəsində təşkil olunan bayram mərasimində Alban-udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər.