CƏMİYYƏT


Sabirabadda fərdi yaşayış evlərinin “mavi yanacaq”la təmini davam etdirilir

Sabirabadda fərdi yaşayış evlərinin və çox mənzilli binaların mavi yanacaqla təmini davam etdirilir. Görülən işlər sayəsində daha 54 abonentin evinə qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ilin tədbirlər planına əsasən, rayonda qaz xətlərinin dəyişdirilməsi fərdi yaşayış evlərinin mavi yanacaqla təmin edilməsi istiqamətində işlər görülür. Salyan Regional Qaz İstismar idarəsinin rəisi Namiq Məmmədov bildirib ki, görülən işlər sayəsində Məmməd Səid Ordubadi küçəsində 13 mənzilli bina, Nəsimi küçəsində 8 mənzilli bina, Heydər Əliyev prospektində 26 mənzilli bina , Qalaqayın kəndində isə 7 təsərrüfat qazla təmin olunub.