CƏMİYYƏT


Salyanda fermerlər qarpız əkininə böyük maraq göstərirlər

Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızın vətəni Sabirabad olsa da, salyanlı fermerlərin də bu sahəyə marağı çoxdur. Hazırda Salyanda bir neçə yerdə qarpız əkininə start verilib.AZƏRTAC xəbər verir ki, qarpız əsasən Salyanın Xələc, Marışlı, Noxudlu və Kürqaraqaşlı kəndlərinin ərazilərində əkilirdisə, bu gün artıq Qızılağac kəndinin sakinləri də təsərrüfatın bu sahəsinə olduqca maraqlıdır.