CƏMİYYƏT


Səbail rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Səbail rayonu ərazisində yerləşən evlərdən oğurluq edən şəxslər saxlanılıblar.DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Hüsü Quliyev və Aslan Əsgərov tutulublar. Bu şəxslər Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən üç mənzildən ümumi dəyəri 5 min manata yaxın olan təmir-tikinti və məişət alətləri oğurlayıblar.