CƏMİYYƏT


Bir küçədə yaşamış iki Sovet İttifaqı Qəhrəmanı – Tovuzdan reportaj

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 76-cı ili tamam olur. Bu müharibədə ölkəmizdən də minlərlə gənc qanlı savaşa qatılıb, qəhrəmanlıqlar göstərib. Faşistlərin məhv edilməsində azərbaycanlıların da böyük rolu olub. Xüsusi qəhrəmanlıqları ilə fərqlənənlər isə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunublar.AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsində Tovuzdan 7790 nəfər iştirak edib, onlardan yalnız 3612-si sağ qayıdıb. Tovuz keçmiş SSR-də yeganə rayonlardandır ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olub.