SİYASƏT


Ramazan bayramı ərəfəsində şəhid Sarvan Mirzəyevin ailəsi ziyarət olunub

Müqəddəs Ramazan bayramı ərəfəsində müdafiə nazirinin tapşırığına əsasən nazirliyin əməkdaşları respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə baş çəkir, məzarlarını ziyarət edir və bayram sovqatları təqdim edirlər.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mayın 11-də bir qrup hərbi qulluqçu şəhid Sarvan Mirzəyevin Biləsuvar şəhərində yaşayan ailəsinə baş çəkib, onun ölümündən sonra övladının dünyaya gəlməsi münasibətilə ailəyə gözaydınlığı verib, şəhər qəbiristanlığındakı məzarını ziyarət edərək qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır