CƏMİYYƏT


Milli Qəhrəman şəhid Namiq Abdullayevin xatirəsi yad edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Namiq Abdullayevin doğum günü uyuduğu Ağcabədi rayon Avşar kənd qəbiristanlığında məzarı yanında anılıb. Yaşasaydı Namiqin 47 yaşı olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidliyi ilə ölümsüzlüyə qovuşan Milli Qəhrəman Namiq Abdullayev 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib.