CƏMİYYƏT


Yardımlıda şəhid Zahid Zairlinin xatirəsinə bulaq istifadəyə verilib

Yardımlıda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin snayperçisi Zahid Zairlinin adını daşıyan bulağın açılışı olub. Mərasim iştirakçıları şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salıb, xatirəsini ehtiramla yad ediblər.AZƏRTAC xəbər verir ki, anım mərasimində iştirak edən rayon rəhbərliyi, ziyalılar, şəhid ailələri, ictimaiyyətin nümayəndələri əvvəlcə Yardımlı rayonunun Dəlləkli kəndinin girişində şəhidlərin xatirəsinə yaradılmış kompleksi ziyarət edərək, önünə gül dəstələri qoyub, igid Vətən övladlarının xatirəsini yad ediblər.