CƏMİYYƏT


Zəfərimizə həsr olunmuş məscidin Şuşada tikilməsinə başlanılması böyük hadisədir

Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha üç dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə bildiriblər. Bununla bağlı müzakirələrimiz davam edir.AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.QMİ sədri qeyd edib ki, məscidlərin açılması həm də insanların özlərindən asılıdır. Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq.