Sabirabadda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı abidənin açılışı olub
15.05.2021 [12:21]
Xəbərin mətni
Sabirabad rayonunun Nərimankənd kəndində şəhidlərin xatirəsinə inşa edilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı abidənin açılışı olub. Toplantıda şəhid ailələri, hərbçilər, rayon icra hakimiyyətinin və kənd ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.