SİYASƏT


Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlər davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin olunmuş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetirirlər.