Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünün 17 ilini Vətənə xidmət edən şəhid Mahir Məmmədov

17.05.2021 [12:54]

Xəbərin mətni

Vətən müharibəsində Azərbaycanın zəfər tarixini qanları ilə yazan oğullarımızdan biri də xaçmazlı şəhid Mahir Məmmədovdur. Ömrünün 17 ilini Vətənə xidmətə həsr edən baş gizir Füzuli uğrunda gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb.