Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib

18.05.2021 [13:29]

Xəbərin mətni

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə Fövqəladə Hallar Nazirliyinin yanında İctimai şuranın üzvləri ilə görüşüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb.