Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Mayın 31-dən Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur

25.05.2021 [13:12]

Xəbərin mətni

Mayın 31-dən başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.