Qubada əkilən İngiltərə mənşəli çiyələk sortları yüksək məhsuldarlığı ilə seçilir
26.05.2021 [16:11]
Xəbərin mətni
Qubada İngiltərə mənşəli çiyələk sortları əkilən sahələrdə yüksək məhsuldarlıq əldə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda İngiltərə şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə yeni layihə icra olunur. Layihənin əsas məqsədi ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir.