CƏMİYYƏT


Sabirabadda şəhid övladları üçün bayram şənliyi keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin övladlarının iştirakı ilə tədbir təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqardan danışıb, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşıldığını vurğulayıblar.