CƏMİYYƏT


Lənkəranda Azərbaycan təbiətindən bəhs edən “Təbiətin qızıl tacı” kitabının təqdimatı keçirilib

Bu günlərdə tanınmış yazıçı-ekoloq Bəxtiyar Hüseynovun növbəti kitabı işıq üzü görüb. Azərbaycan təbiətindən bəhs edən növbəti əsər “Təbiətin qızıl tacı” adlanır. Kitab Qızılağac Milli Parkının flora və faunasından bəhs edir.
AZƏRTAC xəbər verir ki, Lənkəranda pandemiya qaydaları gözlənilməklə keçirilən yeni nəşrin təqdimatı Qızılağac Milli Parkında təşkil olunub. Kitabın təqdimatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri və təbiətsevərlər iştirak ediblər. Kitabda Avropa alimlərinin, xüsusilə Çexiya alimlərinin Azərbaycan təbiəti ilə bağlı tədqiqat işləri, praktik elmi tövsiyələri yer alıb.