CƏMİYYƏT


Oğlu və qardaşı ilə döyüşə yollanan şəhid mayor Şahlar Cəfərovun doğum günü qeyd edilib

Bu gün şəhid mayor Şahlar Cəfərovun doğum günüdür. Cənnətdəki ilk doğum günündə şəhidin məzarı doğmaları, həmkəndliləri, rayon ziyalıları və ətraf rayonlardan olan sakinlər tərəfindən ziyarət edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid mayor Şahlar Cəfərov 1975-ci il iyunun 5-də Sabirabadın Xəlfəli kəndində dünyaya göz açıb. Vətən müharibəsində canını fəda edən mayorun bu gün 46 yaşı qeyd olunub.