CƏMİYYƏT


Səbail rayonunda kitab mağazasından oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Səbail rayonunda kitab mağazalarının birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsilə də lentə alınıb.