MƏDƏNİYYƏT


“NARGIS” nəşriyyat evi Dənizkənarı Milli Parkda sərgi təşkil edib

Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin portreti" paneli yer alıb. Bu instalyasiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçilib.