MƏDƏNİYYƏT


“Keşikçidağ” qoruğundan tapılan maddi-mədəniyyət nümunələri bərpa edilir

“Keşikçidağ” mağaralar kompleksi ərazisində ilk arxeoloji qazıntılar 2011-ci ildən başlanıb. Ərazinin tarixi abidələrlə zənginliyi bu məkanın araşdırılmasına ehtiyacı artırıb.AZƏRTAC xəbər verir ki, ötən ilin dekabrından Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən arxeoloji qazıntı işlərinə başlanılıb. Zəngin tapıntılar, maddi-mədəniyyət nümunələri əsasən kurqanlarda, “Qaltan” və “Karvan” dərələrindən aparılan qazıntılarda aşkarlanıb.