CƏMİYYƏT


İsmayıllıda sel sularının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür

İsmayıllı rayonunda sel sularının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür. İşlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi tapşırıqlara, habelə cari il üçün nəzərdə tutulan iş planına uyğun olaraq həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisindən keçən Talıstan çayının məcrası genişləndirilir, sahilbərkitmə işləri aparılır. Əraziyə 4 ədəd texnika cəlb olunub. Artıq təhlükəli hesab olunan 2000 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 30-45 metrə çatdırılıb. İlkin mərhələdə Talıstan çayının 21 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu il sel sularının qarşısının alınması üçün çayda dəmir karkas üzərində bənd vurulub.