SİYASƏT


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Vətən müharibəsinin igid kəşfiyyatçılarından olan şəhid polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin ad günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və şəhidin ailə üzvləri, döyüşçü yoldaşları Şəhidlər xiyabanına gedib, unudulmaz döyüşçünün məzarını ziyarət edib, önünə əklil və qızılgüllər düzərək xatirəsini ehtiramla yad edib, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, xatirələrinin bundan sonra da əziz tutulacağı bildirilib.