Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar
15.06.2021 [21:43]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verildi.