MƏDƏNİYYƏT


Pakistanın Peşəvər şəhərindəki prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərinin bir prospektinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan, Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman, şəhər komissarı sədrinin müavini Xalid Xan, ictimai-siyasi xadimlər, eləcə də bu ölkənin KİV nümayəndələri iştirak ediblər.