MƏDƏNİYYƏT


Göygöldə yaşamış sonuncu alman Viktor Kleynin dostu xatirələrini danışır

Almanların Azərbaycana ilk köçü 1818-ci ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Yelenendorf (indiki Göygöl rayonu) və Annenfeld adlı iki koloniya salıblar.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb. Rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, 6 küçə salınıb. Küçədə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.