SİYASƏT


Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlayıb

Ukraynanın nüfuzlu telekanalında Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında yayımlanan reportajda Birinci Qarabağ müharibəsinin iştirakçısından və məcburi köçkündən müsahibə alınıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, minalanmış ərazilər, iri iqtisadi layihələr barədə ətraflı danışılıb. Reportajda qeyd olunub ki, Azərbaycan bütün gücünü işğaldan azad edilən ərazilərin yenidən qurulmasına yönəldib. Həmin ərazilərdə aeroportlar tikilir, yeni magistral yollar, körpülər salınır. Bundan başqa, işğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təminatı üçün yeni elektrik stansiyaları inşa edilir.