CƏMİYYƏT


Peşəsinin ağırlığından qorxmayan qalayçı xanım

Qalayçı peşəsi min illərdir ki, nəsildən-nəslə ötürülərək dövrümüzədək gəlib çatıb. Bu peşəni bacaran bir çox yerli usta da var. Lakin onların arasında qalayçı xanıma çox nadir hallarda rast gəlinir.AZƏRTAC xəbər verir ki, qalayçılıq ağır və fiziki güc tələb edən peşədir. Nadir hallarda bu peşədə zərif cinsin nümayəndəsinin çalışdığını da görmək olar. Ağstafa rayon sakini Aynur Bayramova az sayda olan qalayçı xanımlardan biridir. Baxmayaraq ki, ağır işdir, o, çəkinmədən bu peşəni davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır