SİYASƏT


Sahibə Qafarova: Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir

Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazdı. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edildi. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas olundu.AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 25-də keçirilən iclasında bildirib.