SİYASƏT


Hərbçilərin "Zəfər" zirvəsinə ekspedisiyası başa çatıb

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun və "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü ilə əlaqədar təşkil olunmuş "Qarabağ Azərbaycandır!" adlı ekspedisiya başa çatıb.
Ekspedisiya üzvləri HHQ-nin zabiti polkovnik-leytenant Zal Nəbiyevin rəhbərliyi və "Qartal" Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayevin iştirakı ilə Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır