“Qarabağa dönüş” təşkilatı Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx hazırlayıb
26.06.2021 [11:30]
Xəbərin mətni
“Qarabağa dönüş” təşkilatı 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı iki dildə (Azərbaycan və ingilis) videoçarx hazırlayıb.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, videoçarxda şanlı hərb tariximizə nəzər salınıb. Ordumuzun keçdiyi döyüş yollarından bəhs edilib.