CƏMİYYƏT


Ombudsman Türkiyənin nümayəndə heyəti ilə birgə Ağdamda faktaraşdırıcı missiya həyata keçirir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) rəhbəri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna və Vətən müharibəsi dövründə Ermənistanın raket hücumlarına məruz qalan mülki yaşayış məntəqələrinə faktaraşdırıcı səfəri təşkil edilib. Faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.