CƏMİYYƏT


Kəlbəcərdə ilk bal süzülür – məhsul boldur

Kəlbəcər rayonundan olan arıçılar uzun həsrətdən sonra doğma yurdlarına qayıdaraq, burada yenidən öz təsərrüfatlarını qurublar.AZƏRTAC xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin bir müddət öncə Qoçdaş yaylağına köçürülməsi həyata keçirilib.