CƏMİYYƏT


Beyləqanda şəhid ailələri və qazilərə orden və medallar təqdim olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüş təşkil edilib. Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar təqdim olunub.