CƏMİYYƏT


Qaxlı gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar

Vətənə xidmət etmək, onun keşiyində durmaq ölkənin hər bir vətəndaşının müqəddəs borcudur. Ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə hər an hazır olmalıdırlar. Sevindirici haldır ki, indi gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə iyulun 8-də Qax şəhərində keçirilən təntənəli mərasimdə söylənilib.