CƏMİYYƏT


İsmayıllıya istirahətə gələn Xırdalan sakini göldə batıb

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllıya istirahətə gələn Abşeron rayonunun Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Həsən Əli oğlu Qəhrəmanov İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb. Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.