MƏDƏNİYYƏT


“Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində tarixi Zəfərimiz təbliğ olunur

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Xaçmaz rayonunun Niyazabad kəndi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Sənə zəfər yaraşır, Azərbaycan! mövzusunu əhatə edən tədbir çərçivəsində əvvəlcə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi, rəsm və əl işləri, yerli mətbəx nümunələri nümayiş etdirilib. İştirakçılar Niyazabad kənd Folklor Evinin “Tat” folklor kollektivinin çıxışını maraqla izləyiblər.