CƏMİYYƏT


AZƏRTAC-ın şəhid əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi anılıb

Təqvimin günləri heç də əvvəlcədən ağ və qara, sevincli və kədərli olmur. Günlərin rəngini, xarakterini yaşanan hadisələr müəyyən edir. Qırx gün əvvəl Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun tank əleyhinə minanın partlaması nəticəsində həlak olaraq şəhidlik zirvəsinə yüksəlmələri iyunun 4-nü onların ailə üzvləri, doğmaları, əzizləri və yaxınları üçün kədərli günə çevirib.İyulun 14-də mərhum jurnalistlərin torpağa tapşırılmasının 40 günü tamam olub.