MƏDƏNİYYƏT


Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə yekun vurub

Lənkəran Dövlət Dram Teatrı 130-cu teatr mövsümünə yekun vurub. Son illər açılış və bağlanışların ayrı-ayrı rayonlarda keçirilməsi ənənəsinə sadiq qalan teatrın aktyor truppası bu dəfə Astarada pandemiya şərtlərinə uyğun olaraq açıq havada teatrsevərlərin görüşünə gəlib.AZƏRTAC xəbər verir ki, bağlanış mərasimidə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək ötən illər ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb.