Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda polis əməkdaşları ictimai nəqliyyatda və şadlıq saraylarında reydlər keçirib

19.07.2021 [14:22]

Xəbərin mətni

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbir həyata keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI